Leyla Abdullayeva Paşinyanla debata çıxdı və elə bir cavab verdi ki... - VİDEO

Leyla Abdullayeva Paşinyanla debata çıxdı və elə bir cavab verdi ki... - VİDEO
SİYASƏT
00:19 11.11.2023
657
 Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirəsində Ermənistan baş naziri Nikol Paşinyana və Azərbaycanla bağlı qərəzli suallar ünvanlayan moderatora cavab verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birlikdə iştirak etdiyi panel müzakirəsində Qranadada beştərəfli görüşün baş tutmamasına görə Azərbaycan tərəfini günahlandırıb və Azərbaycanın daha əvvəl razılaşdırılmış görüşdən imtina etdiyini bildirib.

Müzakirədə dinləyici qismində çıxış edən Leyla Abdullayeva əvvəlcə moderatorun suallarının qərəzli olmasına diqqət çəkib:

"Moderator, vurğuladınız ki, siz Fransada Azərbaycanın Ermənistana qarşı törətdiyi "təhdidlərdən” narahatsınız. Diqqətinizə çatdırım ki, bu "təhdidlər” tamamilə əsassızdır. Çünki Azərbaycanın bu günədək etdiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa etmək olub. Biz faktiki olaraq beynəlxalq hüquqa görə Azərbaycana aid olanı qazanmışıq. Azərbaycan hər zaman dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Sadəcə bəyan etməyib, Azərbaycan 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub və əlbəttə ki, Azərbaycan Ermənistanla birbaşa doialoqun tərəfdarıdır”.

Leyla Abdullayeva daha sonra Nikol Paşinyanın ittihamlarına cavab verib: 

"Azərbaycan Prezidentinin Qranada görüşü ilə bağlı mövqeyi düşünürəm ki, aydın şəkildə bildirilib. Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etdi. Bu Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədiləmi idi ? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyyətində idi. Beləliklə açıq şəkildə bir ölkənin tərəfini tutan və onu açıq şəkildə silahlandırıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən açıq şəkildə ifadə edilib”.

Leyla Abdullayevanın çıxışı zaldakı dinləyicilərin alqışları ilə qarşılanıb. Nikol Paşinyan Azərbaycan səfirinə cavab vermək üçün mikrofonu götürsə də, səsləndirilən arqumentlərə münasibət bildirməyib və mövzunu dəyişərək Azərbaycanın Ermənistanı Qərbi Azərbaycan adlandırdığını deyib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
16:42 28.02.2025
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
16:35 28.02.2025
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
Yol polisindən səfərə çıxan sürücülərə MÜRACİƏT
16:31 28.02.2025
Yol polisindən səfərə çıxan sürücülərə MÜRACİƏT