Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib

Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
SOSİAL
21:44 13.11.2026
74
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) tərəfdaşlığı ilə Azərbaycan pavilyonunda "Qafqazda icmaların iştirakı ilə təbiətin mühafizəsi və Rio konvensiyaları arasında sinerji" mövzusunda tədbir təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi və torpaqların deqradasiyasının bir-biri ilə sıx əlaqəli olduğunu vurğulayıb.

O, bu problemlərin həllində beynəlxalq əməkdaşlığın, eləcə də yerli icmaların təbiətin mühafizəsinə cəlb edilməsinin əhəmiyyətindən danışıb.

Leyla Əliyeva Azərbaycanın zəngin təbiətindən bəhs edərək ölkəmizdə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 700-dən çox bitki və heyvan növünün "Qırmızı Kitab"a daxil edildiyini qeyd edib.

Çıxışında IDEA İctimai Birliyinin biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi layihələrə toxunan Leyla Əliyeva bildirib ki, 2012-ci ildə təşkilat tərəfindən Qafqaz bəbirinin, ceyranın, qonur ayının, boz canavarın və imperator qartalının mühafizəsini nəzərdə tutan "Böyük beşlik" təşəbbüsü irəli sürülüb.

Tədbirin açılışında həmçinin WWF-nin iqlim və enerji məsələləri üzrə qlobal rəhbəri Manuel Pulqar-Vidal çıxış edib.

Daha sonra keçirilən panel müzakirələrinə WWF Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Cənubi Qafqazda Ekoloji Dəhlizlər Proqramının baş texniki məsləhətçisi Yerney Stritih, eləcə də "Universal Ranger Support Alliance" və "Grasslands Initiative" təşəbbüslərinin nümayəndəsi Hanna Timmins qatılıblar.

Müzakirələr zamanı Qafqazda biomüxtəlifliyin qorunması, ekoloji dəhlizlərin inkişafı, təbii ekosistemlərin bərpası, yerli icmaların təbiəti mühafizə fəaliyyətində iştirakı və bu sahədə regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın keçiriləcəyi tarix dəyişdirilib
22:02 13.11.2026
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın keçiriləcəyi tarix dəyişdirilib
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub
21:52 13.11.2026
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub
Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
21:44 13.11.2026
Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
21:40 13.11.2026
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
"Euronews"da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
21:33 13.11.2026
"Euronews"da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Sumqayıtda yol çöküb
21:29 13.11.2026
Sumqayıtda yol çöküb
Baş nazir şantaj və məişət zorakılığında ittiham olunub
21:21 13.11.2026
Baş nazir şantaj və məişət zorakılığında ittiham olunub
Azərbaycana bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir
21:12 13.11.2026
Azərbaycana bir sıra məhsulların idxalına gömrük rüsumlarının dərəcələri dəyişdirilir
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var
21:02 13.11.2026
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var
Mixeil Kavelaşvili: Rəcəb Tayyib Ərdoğanı böyük dost adlandırıram
20:53 13.11.2026
Mixeil Kavelaşvili: Rəcəb Tayyib Ərdoğanı böyük dost adlandırıram
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
20:47 13.11.2026
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
20:37 13.11.2026
Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
Britaniyalı nazir: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Bakı ilə münasibətlərdə yeni fəsil açacaq
20:32 13.11.2026
Britaniyalı nazir: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Bakı ilə münasibətlərdə yeni fəsil açacaq
“Azərbaycan neft-qaz gəlirlərindən asılılığı azaltmaq istəyir” – Deputat
20:26 13.11.2026
“Azərbaycan neft-qaz gəlirlərindən asılılığı azaltmaq istəyir” – Deputat
Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
20:19 13.11.2026
Bakıda tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib
20:12 13.11.2026
Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiqlənib