Leyla Əliyeva: 'Elə bir vaxt gələcək ki, dünyada hər kəs ətraf mühitin qorunması üçün çalışacaq' - VİDEO

MAQAZİN
11:02 06.04.2013
1932

Yurd TV Bakıda keçirilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasına (İNEPO) həsr olunan video material hazırlayıb.

AZXEBER.COM-un məlumatına görə, video material əsasən Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevanıntədbirdəki çıxışı ilə bağlıdır.Qeyd edək ki, L.Əliyeva tədbirdə çıxışı zamanı son illər ərazində ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər və planlaşdırılan layihələr barədə məlumat verib, ətraf mühitin qorunmasının vacibliyindən danışıb.“Növbəti tədris ilindən başlayaraq Azərbaycan məktəblərində ətraf mühitin mühafizəsi ilə bağlı dərslər tədris olunacaq. Ancaq biz təkcə təhsil proqramları ilə kifayətlənmirik” deyən L.Əliyevanın sözlərinə görə, elə bir vaxt gələcək ki, dünyada hər kəs ətraf mühitin qorunması üçün əlindən gələni əsirgəməyəcək.Yurd TV-nin L.Əliyevanın çıxışından hazırladığı materialın geniş xülasəsi ilə aşağıdakı videoda tanış ola bilərsiniz:

OXŞAR XƏBƏRLƏR