Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun mütəxəssisi ilə görüşdü - FOTO

Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun mütəxəssisi ilə görüşdü - FOTO
SİYASƏT
15:00 27.10.2015
1415
Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) Azərbaycanda səfərdə olan dəniz biomüxtəlifliyi üzrə mütəxəssisi Rori Mur ilə görüşüb.AZXEBER.COM xəbər verir ki, bu barədə IDEA İctimai Birliyindən AZƏRTAC-a məlumat verilib.Məlum olduğu kimi, Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan “Mavi Dəniz Fondu”nun sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin fevral ayında IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfər edib. Səfər zamanı Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə edilib və “Mavi Dəniz Fondu”nun aparıcı mütəxəssislərinin Xəzərin faunasının bərpasına cəlb edilməsi barədə razılıq əldə olunub.Görüşdə Leyla Əliyeva IDEA tərəfindən regionun ətraf mühitinin mühafizəsi istiqamətində görülən işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Leyla Əliyeva Xəzərin ekoloji vəziyyətindən, xüsusilə də onun zəngin faunasının son zamanlar müşahidə olunan deqradasiyasından narahatlığını ifadə edib və vəziyyətdən çıxış yolu kimi beynəlxalq təcrübədən yararlanmağın vacibliyini bildirib. Bu məqsədlə IDEA tərəfindən dəniz ətraf mühiti üzrə ixtisaslaşmış aparıcı beynəlxalq mütəxəssislərlə sıx şəkildə əməkdaşlıq edilir.Rori Mur Azərbaycanın zəngin balıq ehtiyatları ilə məşhur olduğunu və buna görə ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli potensialın mövcudluğunu qeyd edib. Britaniyalı mütəxəssis bildirib ki, səfəri çərçivəsində Xəzər dənizindəki və daxili sulardakı balıq ehtiyatları, eləcə də ölkəmizin balıq sənayesindəki vəziyyəti təhlil edəcək və bununla bağlı ətraflı hesabat hazırlayaraq IDEA İctimai Birliyinə təqdim edəcək. Hesabatda, həmçinin Xəzərin biomüxtəlifliyinin bərpası üzrə tövsiyələr də əks olunacaq. Rori Mur vəziyyətin yaxşılaşdırılması üçün müasir texnologiyaların tətbiqi və elmi metodlardan istifadə etməyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.“Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilib. Fondun missiyası 2020-ci ilə qədər qoruqlar yaratmaqla okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
"Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq"
19:59 19.07.2025
"Azad edilmiş ərazilərə qayıdan insanların sayı bundan sonra daha çox artacaq"
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
19:54 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - VİDEO
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır