Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” festivalında

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” festivalında
SOSİAL
22:54 17.11.2025
154
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş "Neft bumu hamıya gülümsəyir” festivalının açılışı olub.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mərkəzin direktoru Anna İbrahimbəyova layihəni dəstəkləyən və onun hazırlanmasında iştirak edən hər kəsə minnətdarlığını bildirib. Kurator Nigar Rzayeva qeyd edib ki, festival teatr, ədəbiyyat, kino, təsviri incəsənət və müasir düşüncəni bir araya gətirir, keçmişlə indiki zaman arasında canlı mədəni dialoq yaradır.

N.Rzayeva vurğulayıb ki, Maqsud İbrahimbəyovun eyniadlı pyesi əsasında yaradılan festival insanın böyük bir irəliləyişin astanasında dayandığı anı təsvir edir.

"Baş qəhrəman çaşqınlıq hiss edir. Bu yeni mərhələnin onu hara aparacağını bilmir. Bu gün biz də öz texnoloji, sürətli və həyəcanlı "bum”umuzda yaşayırıq. Dövrlər dəyişir, amma insanın daxili dünyası və əsas dəyərləri dəyişməz olaraq qalır”, - deyə N.Rzayeva qeyd edib.

Festival müəllifin yaradıcı irsindən ilhamlanan çoxjanrlı bir məkan yaradır və onun əsərlərinin bədii potensialını yenidən kəşf edir. 1960-cı illərdə yazılmış "Neft bumu hamıya gülümsəyir” pyesi seçim, məsuliyyət və taleyin universal mövzularını XXI əsrdə də aktuallığını qoruyan suallar kimi ortaya çıxarır.

Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Firdovsi Atakişiyevin Maqsud İbrahimbəyovun "Timka ilə neftimiz” hekayəsinin hissə-hissə oxunuşu ilə davam edib.

Mərasimin sonunda tanınmış rusiyalı jurnalist Mixail Qusman dostu Maqsud İbrahimbəyov haqqında səmimi xatirələrini bölüşüb. O, Maqsudla tanış olmaq və ünsiyyət qurmaq fürsətinin "taleyin bir hədiyyəsi” və çox dəyərli bir həyat təcrübəsi olduğunu vurğulayıb.

M.Qusman qeyd edib ki, o, İbrahimbəyovu təkcə görkəmli yazıçı və dramaturq kimi deyil, həm də olduqca gənc və enerjili bir insan kimi xatırlayır.

Onun fikrincə, Maqsud İbrahimbəyov əbədi olaraq Azərbaycanın ən dəyərli oğullarından biri - ölkəsini və xalqını sonsuz sevən, doğma torpağına bütün varlığı ilə sadiq bir şəxsiyyət olaraq qalacaq.

Qeyd edək ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin fəaliyyəti yazıçının irsinin qorunması və yeni mədəni təşəbbüslərin dəstəklənməsinə yönəldilib. Festival bu missiyanı keçmişi və bu günü birləşdirərək, nəsillər arasında dialoq məkanını genişləndirərək və bu gün də əhəmiyyətini itirməyən müəllifin ideyalarına diqqəti qaytararaq davam etdirir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
09:47 31.07.2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
09:31 31.07.2026
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
09:23 31.07.2026
Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
09:17 31.07.2026
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
09:10 31.07.2026
Azərbaycan-Qırğızıstan sənədləri mübadilə edildi
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
09:07 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
09:06 31.07.2026
Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan