Leyla Əliyeva uşaqları sevindirdi - FOTOLAR

Leyla Əliyeva uşaqları sevindirdi -  FOTOLAR
SİYASƏT
10:00 03.06.2013
2631

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Uşaqları Müdafiə Günü Moskvada Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin şagirdləri, Xilaskar İsa Məbədinin və Müqəddəs Danilov monastırının bazar günü məktəblərinin yetirmələri Moskva Kremlinin Kilsə meydanında süvari və piyada qarovulun dəyişməsi mərasiminə dəvət olunublar.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Mədəniyyət Fondunun təşkilati dəstəyi ilə uşaqlar Prezident alayı hərbi qulluqçularının, habelə mərasimin uşaq qrupu üzvlərinin və “Kreml süvari məktəbi” komandası süvarilərinin iştirakı ilə süvari və piyada qarovulun dəyişməsi mərasiminə tamaşa ediblər.Əhalinin müxtəlif təbəqələrindən olan uşaqlara həmişə diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu dəfə də onları diqqətdən kənarda qoymamışdır. Beynəlxalq Uşaqları Müdafiə Günü Fondun əməkdaşları onlara Leyla Əliyevanın təbriklərini yetirmiş və hədiyyələr vermişlər. Şirniyyat, rəngbərəng oyuncaqlar və zehni oyunlar uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edib.Rusiyanın əməkdar incəsənət xadimi, Rusiya Mədəniyyət Fondunun vitse-prezidenti, Beynəlxalq proqramlar müdiriyyətinin direktoru Tatyana Şumova AzərTAc-ın müxbirinə müsahibəsində demişdir ki, bu il uşaqlar nəinki hərbi qarovulun dəyişməsinə, həmçinin gənc suvarilərin çıxışlarına tamaşa edirlər.T.Şumova deyib: “Heydər Əliyev Fondu ilə birlikdə Moskvada təhsil alan azərbaycanlı uşaqlar üçün bu bayramı təşkil etdiyimizə görə çox məmnunam. Bu gün Leyla xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun hamiliyə götürdüyü Xilaskar İsa məbədinin və Danilov monastırının bazar günü məktəblərinin uşaqları da bu rəngarəng tamaşanı görə bilmişlər”.Ənənəyə görə, iyunun 1-də Beynəlxalq Uşaqları Müdafiə Günü Moskva Kremlinin Kilsə meydanında məhz Moskva məktəbliləri üçün Prezident alayının hərbi qulluqçularının iştirakı ilə süvari və piyada qarovul dəyişməsi mərasimi keçirilir.Bu il ilk dəfə olaraq bu tədbirdə “Kreml süvari məktəbi” komandasının süvariləri iştirak etmişlər. Tədbirə Moskvanın 1000-dən çox məktəblisi, o cümlədən Əhalinin sosial müdafiəsi departamentinin, İctimai əlaqələr komitəsinin, Təhsil departamentinin tabeliyində olan idarələrin yetirmələri dəvət olunublar.Qeyd edək ki, Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş süvari və piyada qarovulun dəyişməsi mərasimi 2007-ci ildən keçirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu