Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Siyasət
23:39 14.03.2025
768
Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iftar məclisində iştirak ediblər.

İftar süfrəsinə Azərbaycanın müxtəlif bölgələrindən və ucqar kəndlərindən şəhid ailəsi üzvü, müharibə iştirakçıları, qazilər dəvət olunublar.

Mərasimdə "Qurani-Kərim”dən ayələr və şəhidlərimizin ruhuna dualar oxunub.

Çıxış edənlər Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar. Həmçinin dövlətimizə, xalqımıza xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı, rəşadətli Azərbaycan Ordusunun mənsublarına güc-qüvvət arzulanıb, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

"Fire Land Group”un "Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış edib.

Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın yad edildiyi, onların ailələrinin iştirak etdiyi "Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Şəhid ailələrinin iştirakı ilə keçən bu cür tədbirlər indiyədək bir sıra rayonları əhatə edib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
14:49 02.10.2025
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
14:48 02.10.2025
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
“Şəhidlik Dastanı” adlı kitab işıq üzü gördü - FOTOLAR
14:44 02.10.2025
“Şəhidlik Dastanı” adlı kitab işıq üzü gördü - FOTOLAR
"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR
14:21 02.10.2025
"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR
Taksi aeroportdan şəhərə 35 manat istədi - AYNA-dan açıqlama + VİDEO
13:57 02.10.2025
Taksi aeroportdan şəhərə 35 manat istədi - AYNA-dan açıqlama + VİDEO
Zelenski: Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir
13:52 02.10.2025
Zelenski: Rusiya hələ də sanksiyaya məruz qalmış tankerlərdən istifadə edir
Murad Arif Mənzurənin mahnısını oxuyacaq
13:47 02.10.2025
Murad Arif Mənzurənin mahnısını oxuyacaq
Səbinə Ərəbli Bakıdan köçdü
13:32 02.10.2025
Səbinə Ərəbli Bakıdan köçdü
Elarizin kürəkəninin 12 il həbsi tələb edildi
13:28 02.10.2025
Elarizin kürəkəninin 12 il həbsi tələb edildi
Edi Rama Makronla zarafatlaşdı - “Azərbaycanla Albaniyanı da təbrik edin” - VİDEO
13:26 02.10.2025
Edi Rama Makronla zarafatlaşdı - “Azərbaycanla Albaniyanı da təbrik edin” - VİDEO
İsrail komandası önəmli yarışdan kənarlaşdırıldı
13:03 02.10.2025
İsrail komandası önəmli yarışdan kənarlaşdırıldı
Şimali Koreya estetik əməliyyat etdirən qadınlar vətən xaini sayılacaq
13:02 02.10.2025
Şimali Koreya estetik əməliyyat etdirən qadınlar vətən xaini sayılacaq
Hayko Cepkinin konsertləri ləğv olundu
12:51 02.10.2025
Hayko Cepkinin konsertləri ləğv olundu
Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
12:51 02.10.2025
Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
12:44 02.10.2025
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
12:35 02.10.2025
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər