Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Siyasət
23:39 14.03.2025
769
Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iftar məclisində iştirak ediblər.

İftar süfrəsinə Azərbaycanın müxtəlif bölgələrindən və ucqar kəndlərindən şəhid ailəsi üzvü, müharibə iştirakçıları, qazilər dəvət olunublar.

Mərasimdə "Qurani-Kərim”dən ayələr və şəhidlərimizin ruhuna dualar oxunub.

Çıxış edənlər Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar. Həmçinin dövlətimizə, xalqımıza xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı, rəşadətli Azərbaycan Ordusunun mənsublarına güc-qüvvət arzulanıb, ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub.

"Fire Land Group”un "Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış edib.

Qeyd edək ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın yad edildiyi, onların ailələrinin iştirak etdiyi "Mənim atam qəhrəmandır” və "Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində silsilə tədbirlər təşkil olunur. Şəhid ailələrinin iştirakı ilə keçən bu cür tədbirlər indiyədək bir sıra rayonları əhatə edib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada bunu edənlər cərimələnəcək - 15 sutka
16:23 02.10.2025
Rusiyada bunu edənlər cərimələnəcək - 15 sutka
Tehran Universitetində partlayış olub, ölən var
16:15 02.10.2025
Tehran Universitetində partlayış olub, ölən var
İstanbulda 5 bal gücündə zəlzələ oldu
16:09 02.10.2025
İstanbulda 5 bal gücündə zəlzələ oldu
Prezident: Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa uyğunlaşıb
16:03 02.10.2025
Prezident: Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa uyğunlaşıb
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
16:00 02.10.2025
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
Rüfət Axundov saç əkdirib - FOTO
15:56 02.10.2025
Rüfət Axundov saç əkdirib - FOTO
Dünən azadlığa çıxan prodüser xəstəxanaya yerləşdirildi
15:39 02.10.2025
Dünən azadlığa çıxan prodüser xəstəxanaya yerləşdirildi
İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşdü - FOTOLAR
15:34 02.10.2025
İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşdü - FOTOLAR
İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR
15:28 02.10.2025
İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
15:24 02.10.2025
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
15:20 02.10.2025
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
15:15 02.10.2025
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
Tokayev Durovla görüşdü
15:07 02.10.2025
Tokayev Durovla görüşdü
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
15:03 02.10.2025
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
14:49 02.10.2025
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
14:48 02.10.2025
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR