Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi

Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
SOSİAL
10:31 10.05.2025
249
Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə mayın 10-da Suraxanı rayonu, Zığ şossesindəki boş ərazidə ağacəkmə aksiyası keçirilib.

AZXEBER.COM xəbər verir ki, aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

"IDEA” könüllülərinin fəal iştirakı və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirilən tədbir zamanı ərazidə 1000 ədəd zeytun ağacı əkilib və yaşıllaşdırma ilə yanaşı, abadlıq işləri də aparılıb. Ağacların effektiv şəkildə sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sisteminin tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, tədbir Zığ–Aeroport yolu boyunca mütəmadi olaraq həyata keçirilmiş ağacəkmə kampaniyaları çərçivəsində həmin ərazidə aparılan yaşıllaşdırma işlərini yekunlaşdıran sonuncu aksiya kimi təşkil edilib.

Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx” sosial layihəsinin veb-saytı və sosial şəbəkə hesabları haqqında məlumat təqdim edilib. Layihənin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər təqdim edərək onlara sevgi və qayğı ilə dolu bir mühit bəxş etmək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx” könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
11:44 10.05.2025
Naftalanda Ulu Öndərin 102 illiyi münasibətilə tədbir keçirilib
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
11:33 10.05.2025
Bank of Baku-da “Sahibkar həftəsi” keçirilir
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
Ceyhun Mirzəyevin qızının SON HALI
11:09 10.05.2025
Ceyhun Mirzəyevin qızının SON HALI
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib