Leyla Əliyeva “Yanardağ” Qoruğunda keçirilən yoqa və poeziya axşamında iştirak edib

ÖZƏL
18:15 08.07.2019
11497

İyulun 7-də "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda "SÖZ” adlı ədəbi layihə çərçivəsində yoqa və poeziya axşamı təşkil edilib.

AZXEBER.COM xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Layihənin növbəti mövzusu söz, vücud və insan ruhu arasında xüsusi bir əlaqənin olduğunun nümayişinə həsr edilib.

Layihənin rəhbəri şairə Nigar Həsənzadə iştirakçılara təşəkkürünü bildirərək çıxışçıları təqdim edib.

Məlumat verilib ki, tədbirin yeddinci ayın yeddinci günündə təşkil olunması təsadüfi deyil. Bu, "7” rəqəminin mistik məna daşıdığını ehtiva edir. Bu axşam poeziya ilə yoqa vəhdət təşkil edəcək.

Yoqa hərəkətləri ilə iştirakçılar bu aləmə daxil olaraq meditasiyaya başlayıb, xüsusi hərəkətlərlə bədənin rahatlıq tapması üçün təbiətlə ünsiyyətə giriblər. Daxili tarazlıq və sabitlik bu ünsiyyəti mümkün edib.

Amsterdamda yaşayan həmyerlimiz Mira yoqa sessiyasını davam etdirərək qədim hind rəqsini nümayiş etdirib.

Sonra bədii hissə başlayıb. Firdovsi və Mehman Rəsulov qardaşları, Nigar Həsənzadə musiqi sədaları altında öz şeirlərini oxuyublar. Onların ardınca digər gənc şairlər Azərbaycan və rus dillərində şeirlər ifa ediblər.

Sonda Leyla Əliyeva öz şeirini oxuyub.

İştirakçılar Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, "SÖZ” adlı ədəbi layihənin məqsədi ölkəmizdə həm ana dilində, həm də xarici dillərdə yazıb-yaradan gənc ədəbi nəslin formalaşdırılmasıdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:16 27.10.2020

“Quran” dərsi zamanı içəriyə partlayıcı olan çanta gətirilib: 7 ölü, 100-dən çox yaralı

14:03 27.10.2020

Ermənistanda bir gündə rekord sayda insan koronavirusdan öldü

14:00 27.10.2020

Qubadlının düşməni qorxuya salan igid oğulları: Əliyar Əliyevdən Bərxudarovadək... - VİDEO

13:58 27.10.2020

Ermənistanda yaralı hərbçilərin müalicəsi üçün qan çatmır

13:44 27.10.2020

Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi

13:27 27.10.2020

Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! - VİDEO

13:27 27.10.2020

Pakistan səfiri: “BMT TŞ-nın qətnamələri Kəşmir münaqişə üzrə də icra edilmir”

13:18 27.10.2020

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

13:07 27.10.2020

Sabah hava yağmursuz olacaq

12:56 27.10.2020

Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - RƏSMİ

12:55 27.10.2020

Donald Trampın seçki kampaniyasında Gəncə terroruna etiraz edilib - FOTO

12:47 27.10.2020

Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi

12:25 27.10.2020

Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqlədi

12:23 27.10.2020

DİN koronavirusla bağlı əhaliyə müraciət etdi

12:22 27.10.2020

Elçin Əmirbəyov: “Paşinyan ölümə göndərdiyi minlərlə erməni əsgərin ata-analarına cavab verməli olacaq”

12:20 27.10.2020

Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı