Leyla Əliyevanın tapşırığı ilə Rusiyada oxuyan azərbaycanlı tələbələrə dəstək göstərilib

Leyla Əliyevanın tapşırığı ilə Rusiyada oxuyan azərbaycanlı tələbələrə dəstək göstərilib
SOSİAL
23:25 19.03.2020
3779
Təhlükəli epidemioloji vəziyyət və koronavirusun təkcə Rusiya Federasiyasının ərazisində deyil, bütün dünyada yayılması ilə bağlı artan risklərlə əlaqədar Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkilatın sədri Leyla Əliyevanın tapşırığı ilə Rusiya ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarına dəstək göstərilib.

RAGB-dən AZƏRTAC-a bildiriblər ki, epidemiya səbəbindən bundan sonra yataqxanalarda qalmalarına icazə verilməyən və bununla da qalmağa yeri olmayan, kömək üçün müraciət edən tələbələrə RAGB tərəfindən yardım göstərilib. Təşkilat onların tezliklə Vətənə qayıtmaları ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

OXŞAR XƏBƏRLƏR