Leyla Əliyevaya mükafat veriləcək

Leyla Əliyevaya mükafat veriləcək
MARAQLI
11:19 01.11.2011
1840

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün təsisçisi Leyla Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir. Fondun noyabrın 1-də keçiriləcək illik xeyriyyə toplantısında Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə “Key to Life” – “Həyata Açar” yüksək mükafatı təqdim ediləcək. “Uşaqların Xərçəng və Qan Fondu”(CCBF) 1952-ci ildən başlayaraq pediatrik hematologiya və onkologiya sahəsinə davamlı yardımı vasitəsi ilə azyaşlılarda xroniki, həyat üçün təhlükəli olan qan xəstəliklərinin müalicəsi yollarını dəstəkləyir və bu sahədə faəliyyət göstərən ABŞ-ın ən qədim və iri xeyriyyə təşkilatlarından biridir. Nyu-Yorka səfəri çərçivəsində Leyla Əliyeva pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibb ocaqlarından biri olan Nyu-York Presbiterian Xəstəxanasında Uil Kornell Tibb Mərkəzini ziyarət etmiş, burada göstərilən xidmtələrlə tanış olmuşdur. Leyla xanım Mərkəzdə müalicə alan azyaşlı xəstələrə baş çəkmiş, onları Amerikanın ənənəvi “Hallovin” bayramı münasibəti ilə təbrik etmiş, hədiyyələr çatdırıb. Azərbaycanlı qonaq həmçinin Mərkəzin tibb heyəti ilə söhbət edərək, xüsusilə, talassemiyalı xəstələrin müalicəsi və onlara göstərilən qayğı ilə maraqlanıb. Bildirib ki, Azərbaycanda hər 12 nəfərdən biri bu genetik qan xəstəliyinin daşıyıcısı olduğuna görə Heydər Əliyev Fondu talassemiya xəstəliyinin qarşısının alınması üzrə proqramlar həyata keçirir, Bakıda Talassemiya Mərkəzi fəaliyyət göstərir. Uil Kornell Tibb Mərkəzində Talassemiya proqramının direktoru, bu sahədə elmi araşdırmaları ilə tanınan professor Patrisiya Ciardiniya ilə söhbətində Leyla Əliyeva Azərbaycanda genetik qan xəstəlikləri mövzusuna həsr olunan elmi simpoziumun təşkil edilməsi arzusunu bildirmiş, alimi belə bir toplantıda iştirak etməyə və ölkəmizdəki mütəxəssislərlə fikir mübadiləsi aparmağa dəvət etmişdir. Talassemiya üzrə birgə elmi araşdırmalar Leyla Əliyevanın CCBF-in dəstəyi ilə Tibbi Mərkəzdə yaradılan tədqiqat laboratoriyasında keçirdiyi görüşdə də əsas mövzu olmuşdur. Hüceyrəvi Onkologiya Proqramının direktoru Deyvid Liden azərbaycanlı qonağa laboratoriyanın apardığı elmi tədqiqatların nəticələri barədə qısa məlumat vermiş, az müddətdə pediatrik gematologiya-onkologiya sahəsində alınan yeni biliklərin bu növ xəstəliklərin müalicəsinə böyük təkan verdiyini vurğulamışdır. Leyla Əliyeva gələcəkdə Azərbaycandan gələn alimlərin burada birgə araşdırma aparmaq imkanlarına dair Lidenlə fikir mübadiləsi aparmışdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq