Leyla Ramazanlı həyat yoldaşının yeni layihəsinin siması olacaq
MAQAZİN
12:43 02.07.2025
284
"Həyat yoldaşımın yeni layihəsi var, siması mənəm".
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Leyla Ramazanlı deyib.
O, "İncə səhər"də həyat yoldaşının uğurlu işlərindən danışıb:
"Həyat yoldaşım bir çox uğurlu işlərə imza atıb. Zamanında Rəhim Rəhimli üçün də klip çəkib, mənim də iki klipimin rejissorudur.
Hətta onun çəkdiyi film "Kann festvalı"nda yayımlanıb və filmlərindən biri "Oskar"a namizədlər arasında olub. İndi də bir layihəsi var, onun da siması mənəm".