Leyla Ramazanlı təşkilatçılara 8 min manat pul 'atıb'

MAQAZİN
14:39 27.11.2012
12066
Təşkilatçı ilə müğənni arasında pul qalmaqalı 
Bir neçə gün bundan əvvəl ölkəmizdə olan türkiyəli müğənni Emrə Aydının konsertindən daha bir xoşagəlməz fakt üzə çıxıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, konsertdə Emrə Aydınla yanaşı çıxış edən Leyla Ramazanlı bu ifaçı ilə bir səhnəyə çıxmaq üçün təşkilatçılara 10 min manat verəcəyini vəd edib. Amma ifaçı verdiyi sözü tutmayıb. L. Ramazanlı bu günə qədər təşkilatçılara yalnız 2 min manat verib. Qalan pulu isə verməkdən boyun qaçırıb. Bu da tərəflər arasında qalmaqala səbəb olub. 
Tərəflərin mövqeyini dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR