Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin bərpa olunması ilə bağlı təkliflər sözügedən xəstəxanaya göndərilib.
AZXƏBƏR.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Onun sözlərinə görə, nazirlik təkliflərə cavab gözləyir: "Biz Leyla Şixlinskaya klinikasına təkliflər paketi göndərmişik. Yaxın vaxtlarda onlar bizə cavab verməlidirlər. Bundan sonra klinikanın fəaliyyətinin bərpa olunub-olunmayacağı bilinəcək".