Leyla və Arzu Əliyevalar Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - FOTOLAR

Leyla və Arzu Əliyevalar Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - FOTOLAR
SOSİAL
11:13 11.10.2024
230
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə "Gənc arıçı” layihəsi iştirakçısı Rəfiqə Maxsudovanı evində ziyarət ediblər.

AZXEBER.COM xəbər verir ki, Leyla Əliyeva görüşdə gənc arıçı ailə ilə səmimi söhbət edib, fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.

Öz növbəsində layihə iştirakçısı Rəfiqə Maxsudova Leyla Əliyevaya göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını bildirib, süzdüyü ilk balı xüsusi qablaşdırmada hədiyyə edib.

Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc arıçı” layihəsinin növbəti mərhələsi çərçivəsində Qəbələ rayonunda 20 gənc arıçı dəstəklənib və onlar artıq öz ilk məhsullarını əldə etməyə başlayıblar.

Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən 20 gəncə peşəkar mütəxəssislərin iştirakı ilə biraylıq təlim keçirilib. Təlimləri başa vuran gənclər arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.

Gənc arıçılar, həmçinin məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satışın təşkili dəstəyi ilə təmin ediləcəklər. Bu addımlar bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatması üçün gənc arıçıların öz məhsullarını geniş müştəri bazarına çıxarmalarına və satışın səmərəli təşkilinə xidmət edəcək.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
15:39 06.08.2025
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
15:37 06.08.2025
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
15:33 06.08.2025
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
15:27 06.08.2025
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
15:24 06.08.2025
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
15:21 06.08.2025
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
15:14 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
15:11 06.08.2025
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
Lisey və gimnaziyalara seçim prosesi başladı
15:10 06.08.2025
Lisey və gimnaziyalara seçim prosesi başladı
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
14:52 06.08.2025
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
14:47 06.08.2025
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
14:35 06.08.2025
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
14:33 06.08.2025
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
14:24 06.08.2025
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
Tarixdə bugün - 6 avqust nə günüdür?
14:22 06.08.2025
Tarixdə bugün - 6 avqust nə günüdür?
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
14:15 06.08.2025
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı