Noyabr ayının 3-də Heydər Əliyev Sarayında məşhur müğənni Ebru Gündeşin konserti baş tutacaq.
Konsertin təşkilatçısı A.M Prestige production-un həmtəsisçisi Leyla Xəlifəli AZXEBER.COM-a müsahibə verib.
- Leyla xanım, Ebru Gündeşin Bakı səfəri geniş rezonans
doğurub, bu konsertin təşkilatçısı sizsiz. İlk olaraq rəhbəri olduğunuz şirkət
haqda oxuculara məlumat verərdiz.
- Tamamilə haqlısız. Düşünürəm ki, illər sonra reallaşan bir
konsert olduğu üçün, ətrafında səs-küy də çoxdur. Söhbət illərə meydan
oxuyan bir sənətçidən – Ebru Gündəşdən gedir. Biz - Ali Tavassoli, Rəşad
Muxtarov ilə komanda olaraq bir çox tədbirlər etmişik. Ancaq A.M Prestige
production olaraq bu konsert ilk işimiz olacaq.
- Niyə məhz Ebrunu Bakıya gətirmək qərarına gəldiz?
- Sevənlərini, dinləyicilərinin çoxluğunu və istəyi nəzərə
alıb, məhz Ebru Gündəşi dəvət etmək qərarına gəldik. Bu konsertin üzərində 1
ildən çoxdur ki, çalışırıq.
- Hər kəs bilir ki, Ebru Türkiyənin ən kaprizli müğənnilərindəndir.
Konsert öncəsi hansı şərtləri oldu? Eyni zamanda jurnalistlərlə də sizin aranızda
anlaşılmazlıq yarandı. Əslində nə baş vermişdi?
- Biz bir çox rus və türk sənətçilərlə çalışmışıq. Ancaq deyərdim
ki, Ebru xanım qədər heç kim kaprizli olmayıb. Biz fəaliyyətimiz dövründə belə
bir çətinliklə rastlaşmamışdıq. Ancaq onu da deyə bilərəm ki, bizim jurnalistlər Ebru
xanımdan da çox kaprizlidirlər. Bunu deməyə əsas verən hadisə isə, bizim
sıradan bir konsert olmayan, hətta ilin konserti deyə biləcəyimiz bir tədbir
üçün mətbuat konfransı nəzərdə tutub, nəticə əldə edə bilməməyimizdir. Təbii
ki, bunun tək Azərbaycan mətbuatı ilə əlaqəsi yoxdur. Əsas səbəblərdən biri və
birincisi zamanın az olmasıdır. Belə ki, öncədən elan etdiyimiz akkreditasiya ilə
bağlı müraciətlərin çoxluğunu görüb, ancaq informasiya dəstəkçiləri və
televiziyalar ilə konserti işıqlandırmaq qərarına gəldik. Ayrıseçkiliyin
olmamaması üçün bu qərara gəldik. Əlavə söz-söhbətə ehtiyac yoxdur. Çünki bu
konsert kommersiya tədbiri hesab olunur. Bütün hüquqlar bu şirkətə aid olduğu
üçün, biz həm medianın, həm də şirkətimizin hüquqlarını yaxşı bilirik. Ona görə
də, olmayan şeyi deyərək süni qalmaqal yaratmağa ehtiyac yoxdur. Bu bizim son
işimiz deyil. Biz bu yolda işlərimizi görməyə davam edəcəyik.
- Konsertə maraq nə yerdədir?
- Onu deyə bilərəm ki, əgər söz-söhbət varsa, konsertə maraq
da var deyə bilərik.(gülür) Çünki, konsertin baş tutacağı tarix və biletlərin
satışı başlamazdan əvvəl söz-söhbət yaranmışdı. Konsertə maraq istədiyimiz və
gözlədiyimiz səviyyədədir.
- Ebrunun konsertdə hansı sürprizləri olacaq?
- Konsertin ən böyük sürprizi Ebru xanımın yeni albomundan
olan mahnılarını səsləndirməsi olacaq. Bununla yanaşı Azərbaycan musiqisini sevən
bir müğənni olaraq bizim də səhnədə sevilən mahnılarımız ifa edəcək.
- Son olaraq nə demək istərdiz?
- Son olaraq onu deyə bilərəm ki, istəklərin çoxluğunun bəhrəsi
olan bu konserti qaçırmayın. Uzun zamandır ki, komanda olaraq bu konsertə
hazırlaşırıq və çox möhtəşəm olacağına söz veririk. Çıxdığı hər səhnənin
haqqını verməyi bacaran Ebru Gündəş bu prinsipindən bizim səhnədə də yan keçməyəcək.