“Leyla Yunusun həbsxana yoldaşlarını alçaltması, onunvəkillərinin isə başqalarını təhqir etməsi bütövlükdə insan hüquqlarının pozulmasıdır”.
Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP rəsmisinin sözlərinə görə, Leyla Yunus nəinki həbsxana yoldaşlarını, eləcə də vətəndaşların gözü qarşısında asayişimizi, təhlükəsizliyimizi qoruyan polisimizi təhqir edib: “Əgər kiməsə qarşı qanun pozulubsa, bunu aydınlaşdırmaq üçün məhkəmə mövcudur. Onda belə çıxır ki, biri digərini təhqir edirsə onu mütləq yolda tutub döyməlidir? Leyla Yunus ömrü boyu başqalarını təhqir etməklə məşğul olub. Bu şəxs bütün hallarda Azərbaycan qanunlarına qarşı çıxıb”.