Leyla Yunus və əri barəsində qərar verildi - Məcburi gətirilmə

Leyla Yunus və əri barəsində qərar verildi - Məcburi gətirilmə
SİYASƏT
13:33 17.05.2017
1265
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov vəsatət verərək təqsirləndirilən şəxslərin ölkədən çıxışı ilə bağlı bildirib ki, Yunusların ölkədən çıxışı ilə əlaqədar  Ali Məhkəmənin qərarı var: "Ona görə də bu prosesin onların iştirakı olmadan keçirilməsi mümkündür. Bundan əlavə, onların məhkəmə iclasına hazırda iştirak etməsi müalicə almaları səbəbindən mümkün deyil. Xahiş edirəm, onların skype, whatsapp, facebook vasitəsilə məhkəmə iclasına qatılması təmin edilsin".
 
Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib.
 
Hakimlər kollegiyası qərarına əsasən, vəkil Elçin Sadıqovun vəsatəti təmin edilməyib və təqsirləndirilən şəxslərin məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar verilib.
 
Şikayət üzrə məhkəmə mayın 31-də davam edəcək.
 
Qeyd edək ki, 2014-cü ilin dekabrın 27-də Ali Məhkəmədə Leyla Yunus və Arif Yunusun işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında baxılması qərara alınıb.
Leyla Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin məhkəmə onların əmlakının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi haqda qərar verib.
Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Arif Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.
Dekabrın 9-da isə Leyla Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edlib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs də götürülüb.
Həmin məhkəmə qərarından narazı qalan Leyla Yunus və Arif Yunus kasasiya şikayəti verib. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər.
2016-ci ilin aprel ayında Leyla Yunus və Arif Yunus Azərbaycanı tərk edərək, Hollandiyada gediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda moped divara çırpıldı: Ölən var
09:25 16.03.2026
Bakıda moped divara çırpıldı: Ölən var
Lənkəranda ağır qəza: 25 yaşlı gənc öldü, sürücünün vəziyyəti ağırdır
09:20 16.03.2026
Lənkəranda ağır qəza: 25 yaşlı gənc öldü, sürücünün vəziyyəti ağırdır
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
09:05 16.03.2026
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"