Leyla Yunusun məhkəməsində gərgin anlar: Arif Yunusun halı pisləşdi

Leyla Yunusun məhkəməsində gərgin anlar:  Arif Yunusun halı pisləşdi
SİYASƏT
19:59 03.08.2015
1184
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Leyla Yunus və əri Arif Yunusun işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.AZXEBER.COM SİA-ya istinadən xəbər verir ki, prosesə Əfqan Hacıyev (sədrlik edən), Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət tərkib hakimlik edib. Dövlət ittihamçısı Fərid Nağıyevin iştirakı ilə iclas saat 10:25-də başlayıb.Prosesdə həmçinin təqsirləndirilən şəxs L.Yunusun müdafiəçiləri Ramiz Məmmədov və Elçin Qəmbərov, əri A.Yunusun müdafiəçisi Əfqan Məmmədov, zərər çəkmiş şəxsin nümayəndəsi Şöhlət Allahmanov iştirak ediblər.Məhkəməyə sədrlik edən hakim iclası açıq elan etdikdən sonra şahid qismində iclasa dəvət edilmiş Məmmədov Sahib Məlik oğlunun dindirilməsinə başlanılıb. S.Məmmədov ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərib ki, "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatı faktiki olaraq Leyla Yunusova tərəfindən idarə olunub, onun bir sıra qrant müqavilələrini həmin təşkilatın adına bağlamaqla layihələr icra etməsindən xəbərdardır.Bundan sonra dövlət ittihamçısı tərəfindən S.Məmmədova sual verilərkən təqsirləndirilən A.Yunus saxlanıldığı şüşə kamerada olan skamyaya uzanıb, digər təqsirləndirilən L.Yunus isə qışqıraraq ona tibbi yardım göstərilməsini bildirib.Məhkəmə iclasında sədrlik edən məhkəmə nəzarətçilərinə təcili tibbi yardımın çağırılmasını bildirərək prosesdə fasilə elan edilməsini bildirib. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 8 saylı Yardımçı stansiyasının tibb heyəti tərəfindən A.Yunusa ilkin tibbi yardım göstərilib, ona hipertoniya diaqnozu (arterial təzyiq 210/110) qoyulub.Göstərilmiş tibbi yardımla A.Yunusovun arterial təzyiqi nəzarət altına alınıb, məhkəmə iclasında sədrlik edən tərəfindən iclas yenidən başlanıldığı zaman 8 saylı Yardımçı stansiyanın həkimi İ.Loboda A.Yunusun göstərilmiş tibbi yardımla səhhətinin normallaşdığını, sonuncunun məhkəmə iclasında iştirak edə biləcəyini, lakin özünün uzanaraq durmaq istəmədiyini bildirib.Bu səbəbdən sədrlik edən tərəfindən məhkəmə iclasında saat 13:00-dək fasilə elan edilib, fasilə zamanı A.Yunus həkim tərəfindən müayinə olunub. Həkim A.Yunusun səhhətinin hazırda onun prosesdə tam normal iştirakına imkan vermədiyi bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib