Müğənni Leyla Ramazanlı ilin ilk mahnısını izləyicilərinə təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, müğənni "Çox özəl” adlı mahnısını artıq "YouTube” kanalına yerləşdirib. Yeni mahnısı ilə tamaşaçılarının görüşünə gələn Leyla Ramazanlı fotosesiya da etdirib.
Müğənni qeyd edib ki, mahnını çox bəyənib.
Qeyd edək ki, mahnının musiqisi Perviz Mahmudova sözləri Leyliyə, aranjemanı isə Hakan Erola məxsusdur.