Leyladan yeni layihə: Qanadlarını aç - VİDEO

Leyladan yeni layihə: Qanadlarını aç - VİDEO
MAQAZİN
23:53 14.01.2023
1170
Müğənni Leyla Ramazanlı 2023-cü ilə olan ilk layihəsini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, sənətçi sözləri Kübra Kərimli, musiqisi Sevinc Tağıyeva, aranjimanı isə İslam Şirvaniyə məxsus olan "Qanadlarını aç" mahnısını ekranlaşdırıb. 

Bildirilib ki, klipin sosial mesajı "Heç nəyə baxmadan öz məqsədlərinə doğru irəliləmək"dir. 

Leyla təqdim etdiyi bu yeni layihəsində qadın hüquqlarına diqqət çəkib. Son bir neçə ildə Azərbaycanda selektiv abortların sayı kəskin artıb. 

6 aya ərsəyə gələn ekran işinin üzərində olduqca peşəkar yaradıcı heyət çalışıb. Klipin rejissorluğunu isə Mariya Zhelondievskaia və Yevgeniy Rodin edib. Layihənin prodüseri və rəhbəri Kamran Aydınovdur.

Klip sənətçinin rəsmi "YouTube” kanalında və digər musiqi platformalarında yayımlanıb.

Qeyd edək ki, layihə rəhbəri K.Aydınov 73-cü Kann kino festivalının "La Semaine dela Critique” ("Tənqid həftəsi”) proqramına düşən ilk Azərbaycan filmi "Axşama doğru”nun da prodüseri olub. O həmçinin  Amerika Kino Akademiyasının "Oskar” mükafatına namizəd olan "Daxildəki ada” filmində də icraçı prodüseri olub.

Klipin rejissoru M.Zhelondievskaia Rusiyada eksperimental filmlərdə rejissor kimi çalışıb. Y.Rodinin filmləri isə Kann, Venesiya, Rotterdam, Hollandiyada keçirilən nüfuzlu festivallarda təqdim olunub və mükafatlar qazanıb.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
23:36 21.10.2026
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
23:30 21.10.2026
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
23:23 21.10.2026
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
23:10 21.10.2026
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
23:02 21.10.2026
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
22:59 21.10.2026
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
22:52 21.10.2026
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
22:44 21.10.2026
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
Sabah bu ərazilərdə işıq olmayacaq
22:21 21.10.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
22:15 21.10.2026
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
22:02 21.10.2026
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
Mask ABŞ senatorlarını hədələdi
21:53 21.10.2026
Mask ABŞ senatorlarını hədələdi
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
21:46 21.10.2026
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib
21:39 21.10.2026
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib
“Hər iki tərəfin görəcəyi hələ çox iş var”
21:33 21.10.2026
“Hər iki tərəfin görəcəyi hələ çox iş var”
Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir
21:28 21.10.2026
Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir