Leylanın öldüyü "Zəfəran Hospital"dan şüphəli açıqlama: "Ölüm səbəbini dəqiq bilmək üçün gözləyirik"

Leylanın öldüyü "Zəfəran Hospital"dan şüphəli açıqlama: "Ölüm səbəbini dəqiq bilmək üçün gözləyirik"
SOSİAL
12:48 30.06.2017
7482

 

 

 

""Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girən 22 yaşlı model Leyla Oruclunun ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəsmi rəyini gözləyirik. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək”.

AZXEBER.COMxəbər verir ki, bunu "Report”a hospitalın PR meneceri Vüsalə İsmayılova deyib.

"Heç bir həkim xəstəsinin ölməyini istəməz. Lakin hər bir əməliyyatda ölüm riski var. Bütün əməliyyatlardan öncə hər bir xəstə ilə müqavilə imzalanır və burada əməliyyatin risk faktorları onlara izah edilir. Leyla ilə də həmin müqavilə imzalanmışdı. İyunun 22-də baş tutan əməliyyat uğurlu keçdi və hansısa problem olmadan xəstə özünə gəldi. Lakin əməliyyatdan bir neçə gün sonra onun səhhətində ağırlaşma olub”.

Bir neçə gün öncə AZXEBER.COM-a danışan Leylanın ailəsi isə klinikanın ölümün ardından şüphəli qalan məqamların olduğunu bildirmişdi.

Leylanın anası cərrahSiruz Qoçxaninin hansı səbəbdən başqa klinikada verdirdiyi analizlərə əsasən əməliyyata girdiyinin hələ də sual altında olduğunu söyləmişdi:

"Bilirsiz ki, əgər əməliyyata bir xəstə alınırsa onun bütün analizləri öncədən edilir. Qızıma bu xəstəxanada heç bir analiz verdirməyiblər. Yalnız digər xəstəxanalarda olan analizlərin cavablarından istifadə ediblər. Az-çox tibbi biliyi olan hər kəs bilir ki bu yolverilməzdir. Digər bir tərəfdən əgər bu qız özü əməliyyata giribsə, niyə heç kim onun yaxınlarına zəng edib məlumat verməyib. Ən azından bu insanın əməliyyat zamanı yanında bir nəfərin olması lazımdır. Niyə ondan ailə yaxınlarının nömrəsi istənilməyib. Önəmli olan məqam isə, xəstəxananın əməliyyatla bağlı qəbz verməməsidir. Mən hələ də axtarıram və heç bir qəbzə rast gələ bilmirəm".


Ananın sözlərinə görə "Zəfəran Hospital" qızının əməliyyatla bağlı ödədiyi məbləği də geri qaytarıb:

"Əməliyyatın pulunu geri qaytarıb dedilər ki, bu pul sizindir. Mən o pula əl vura bilməzdim. Maraqlıdır, həmin məbləği niyə geri qaytardılar? Öz səhvlərini yumaq istəyirlər? Niyə əməliyyatla bağlı bir qəbz ortalıqda yoxdur?Biz bütün addımları atacağıq ki, bu işə hüquqi qiymət verilsin"

Mərhumun anası övladının əməliyyat olunduğu gün vəziyyətinin pisləşdiyini söyləmişdi.

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR