Leysan bu ölkəni cənginə alıb - 48 min nəfər təxliyə olundu

Leysan bu ölkəni cənginə alıb - 48 min nəfər təxliyə olundu
DÜNYA
19:00 30.05.2019
5048

Çin hökuməti təxminən 48 min sakinin təxliyə edilməsi barədə qərar qəbul edib.

AZXEBER.COM trend-ə istinadən bildirir ki, buna səbəb Quansi-Çjuan vilayətində artıq bir neçə gündür yağan aramsız leysan yağışları olub.

30 mahal və 9 şəhərdə daşqınlar baş verdiyi bildirlir.

Məlumata görə, fəlakət zonasında 354 mindən çox insan var. Yalnız 48 minə yaxın sakin təhlükəsiz ərazilərə köçürülə bilib.

 

Leysan yağışları əkin sahələrinə də ciddi ziyan vurub, 600-dən çox ev isə qəzalı vəziyyətə düşüb.

OXŞAR XƏBƏRLƏR