Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədovun dövlət büdcəsini taladığı, rəhbərlik etdiyi qurumda tenderləri saxtalaşdırdığı ilə bağlı informasiyalar yayılıb.
AZXEBER.COM Demokrat.aza istinadən xəbər verir ki, o, haqqında yayılan xəbərlərə cavab vermək yerinə, zəng edənin jurnalist olduğunu eşidən kimi telefonu söndürüb.
Xatırladaq ki, Leysan Məmmədovun Qarabağda milyonluq tender maxinasiyası ilə bağlı çoxsaylı şikayətlər var.
Bununla bağlı Hesablama Palatasının apardığı audit yoxlamaları nəticəsində bir sıra faktlar ortaya çıxıb.