LGBTQ+ üzvü olan məşhur "TikTok"er öldürüldü

LGBTQ+ üzvü olan məşhur "TikTok"er öldürüldü
DÜNYA
12:51 06.02.2026
358
Myanmadan olan "TikTok" kontent yaradıcısı Ko Tin Zav Htve Taylandda ölü tapılıb.
 
AZXEBER.COM xəbər verir ki, onun cəsədi meşəlik ərazidə tapılıb və cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanıb.

Bəzi məlumatlarda şübhəli şəxsin saxlanıldığı iddia edilsə də, Tayland hakimiyyəti hələlik hadisənin bütün təfərrüatlarını təsdiqləyən hərtərəfli və rəsmi açıqlama yaymayıb.

Hadisədən sonra bir çox sosial media istifadəçisi Htve-nin LGBTQ+ kimliyinə görə hədəfə alındığı ehtimalını dilə gətirib.

Xatırladaq ki, Ko Tin Zav Htve xüsusilə sosial media paylaşımları və böyük izləyiciləri ilə tanınırdı.
 
Aysel
OXŞAR XƏBƏRLƏR