lham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edib

lham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edib
SOSİAL
10:35 27.03.2025
219
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

AZXEBER.COM  xəbər verir ki, dövlət başçısı və birinci xanım burada görülən işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunan fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.

 



OXŞAR XƏBƏRLƏR