Lider TV prezidentinin oğlu evləndi - Toydan fotolar

MAQAZİN
01:56 26.01.2015
15802

Yanvarın 24-də xalq rəssamı Hüseyn Əliyevin nəvəsi, Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyevin oğlu Ayxanın toy mərasimi keçirilib.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Lider Jazz 107 FM-in baş prodüseri vəzifəsində çalışan Ayxan sevib seçdiyi Leyla adlı xanımla ailə həyatı qurub. Mərasimdə Azərbaycanın bir çox dövlət məmurları və populyar müğənnilər iştirak ediblər. Nikah mərasimi üçün xaricdən çoxlu sayda nadir güllər, eləcə də dekor aksessuarları gətirilib.

Ədalət Əliyevin Ayxan və Aliyə adlı 2 övladı var.

AZXEBER.COM-un əldə etdiyi məlumatına görə, Leyla xanım Əminə Yusifqızının nəvəsidir. 

OXŞAR XƏBƏRLƏR