Liftdə qalan 4 nəfəri xilas edildi

Liftdə qalan 4 nəfəri xilas edildi
SOSİAL
10:46 12.08.2019
3059

Fövqaladə Hallar Nazirliyi liftdə köməksiz vəziyyətdə qalan 4 nəfəri xilas edib.

AZXEBER.COM FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ, Nizami və Nərimanov rayonlarında ayrı-ayrı ünvanlarda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. 

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. 

OXŞAR XƏBƏRLƏR