Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO

Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO
SOSİAL
21:55 08.07.2026
441
Sumqayıt şəhərinin 8-ci mikrorayon, Koroğlu küçəsində mənzil alan şəxslər uzun müddətdir ki, ciddi problemlə üzləşiblər.

Buradakı binalardan birində mənzil alan 90-dan çox ailə illərdir öz evlərinə köçə bilmir. Vətəndaşların sözlərinə görə, yaşayış binası tikinti şirkəti (MTK) tərəfindən tam başa çatdırılmadan təhvil verilib.

Hazırda binada lift və qaz xətləri yoxdur, dam örtüyü isə quraşdırılmayıb.

Vətəndaşlar şikayətlərini Baku TV ilə bölüşüblər.

"Vəziyyət çox təhlükəlidir. Beş və səkkiz yaşlarında iki nəvəm var. Biri məktəbə, digəri isə bağçaya gedir. Pilləkənlərin kənarları açıq olduğu üçün onlar sərbəst hərəkət edə bilmirlər. Bir hadisə baş versə, kim cavab verəcək?!" - deyə onlardan biri söyləyib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin müraciətləri nəzarətə götürülüb:

"Problemin həlli məqsədilə MTK rəhbərliyi ilə görüş keçirilib və vətəndaşların qaldırdığı məsələlərin həlli istiqamətində zəruri tapşırıqlar verilib".

OXŞAR XƏBƏRLƏR