Lindsi Qrem: “Kubanın günləri sayılıdır”

Lindsi Qrem: “Kubanın günləri sayılıdır”
DÜNYA
11:52 05.01.2026
137
ABŞ-nin Respublikaçı senatoru Lindsi Qrem Venesuelaya qarşı həyata keçirilən əməliyyatlardan sonra Kubanın da hədəfdə ola biləcəyi ilə bağlı sərt açıqlama verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampla birlikdə səfərdə olan Qrem təyyarədə jurnalistlərə açıqlamasında Vaşinqtonun Venesuelaya müdaxiləsini və regiondakı gələcək addımları şərh edib.

Kuba hakimiyyətinin öz xalqını "qurban verdiyini” iddia edən senator bildirib ki, Havana rejiminin sonu yaxınlaşır. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri terrorçu və avtoritar rejimlərə qarşı daha sərt mövqe tutacaq.

"Düşünürəm ki, Kubanın günləri sayılıdır. Ümid edirəm ki, bu, 2026-cı ildə baş verəcək. O zaman müttəfiqlər ABŞ ilə əməkdaşlıq edəcək və terrorçularla diktatorlar artıq həyətimizdə amerikalıları öldürə bilməyəcəklər”, – deyə Qrem vurğulayıb.

Senatorun bu açıqlamaları ABŞ–Latın Amerikası münasibətlərində gərginliyin daha da arta biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR