“Linkedin” yüzlərlə işçini işdən çıxarır

“Linkedin” yüzlərlə işçini işdən çıxarır
DÜNYA
14:18 17.10.2023
155
Peşəkar sosial biznes şəbəkəsi və paylaşma platforması "Linkedin” yüzlərlə əməkdaşının işini dayandıracağını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, yüzlərlə insanı işdən çıxarmağa qərar verən "Linkedin”in verdiyi açıqlamada şirkətin təşkilati quruluşunu uyğunlaşdıracağı və qərar vermə proseslərini asanlaşdıracağı bildirilib və bunlar əldə edilsə də, strateji prioritetlərə sərmayə qoymağa davam edəcəyi vurğulanıb.

Açıqlamada şirkət tərəfindən ediləcək dəyişikliklərin mühəndislik, məhsul, istedad və maliyyə komandalarında 668 vəzifənin ixtisarı ilə nəticələnəcəyi və dəyişiklik prosesindən təsirlənən işçilərə dəstəyin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, may ayında "Linkedin” Çində yerli məşğulluq müraciətlərini avqustun 9-dək dayandıracağını və ölkədəki 716 işçinin işini dayandıracağını açıqlamışdı.

Ayşən
OXŞAR XƏBƏRLƏR