"Lion" klubu "Real Madrid" komandasının hücumçusu Endriki transfer edib.
AZXEBER.COM bu barədə Fransa təmsilçisinin saytına istinadən xəbər verir.
Braziliyalı futbolçu "Lion"da icarə əsasında çıxış edəcək.
19 yaşlı forvardla müqavilənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.










































