Lionel Messi DÇ-2022-dəki favoritlərini açıqladı

İDMAN
20:57 17.11.2022
242
Argentina millisinin və PSJ-nin ulduz futbolçusu Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb.

AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu çempionluğa üç komandanı real namizəd sayır.
 
 
Messi formasını geyindiyi Argentinanı bu siyahıya daxil etməyib:
 
"Hər dəfə çempionluğa namizədlərdən danışanda həmişə eyni komandalardan danışırıq. Əgər hansısa komandanı digərlərindən fərqləndirməliyəmsə, düşünürəm ki, Braziliya, Fransa və İngiltərə digərlərindən bir az üstündür. Amma dünya çempionatı çox çətin və müəmmalı turnirdir”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.


OXŞAR XƏBƏRLƏR