Lionel Messi DÇ-2022-dən sonra PSJ-nin ilk oyununu buraxa bilər

İDMAN
12:51 25.12.2022
329

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatından sonra Fransanın PSJ komandasının ilk oyununu buraxa bilər.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki,  35 yaşlı hücumçu DÇ-2022-nin qalibi olduqdan sonra vətənindədir.

Təcrübəli oyunçu mundialdakı uğuru qeyd etmək niyyətindədir, Paris təmsilçisi isə onu tələsdirmək istəmir. Messinin ilin sonunadək Fransaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, PSJ Liqa 1-in XVI turunda dekabrın 28-də "Strasburq"la üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR