Lionel Messi qripə yoluxdu

Lionel Messi qripə yoluxdu
DÜNYA
17:55 19.03.2022
249
Fransanın PSJ klubunun futbolçusu qrip xəstəliyinə yoluxub.

AZXEBER.COM "Report"a istinadən məlumatına görə, argentinalı hücumçu komandanın son iki məşqini buraxıb.

35 yaşlı forvardın martın 20-də Liqa 1-in XXIX turunun "Monako" ilə səfər matçında iştirakı sual altına düşüb.

Bu mövsüm Messi PSJ forması ilə bütün turnirlərdə 26 oyuna 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Paris klubuna 2021-ci ilin yayında İspaniya "Barselona"sından azad agent kimi keçib.
OXŞAR XƏBƏRLƏR