Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının Diryah şəhərinə səfər edib.
AZXEBER.COM xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında bildirib.
"Səudiyyə Ərəbistanı dövlətinin yarandığı və 300 illik tarixə ev sahibliyi edən bölgəni ailəmlə birlikdə kəşf edərək gözəl gün keçirdim", - o qeyd edib.
Ailəsi ilə birlikdə sözügedən ölkəyə gedən 36 yaşlı hücumçunun səfərinin məqsədi hələlik bəlli deyil. Amma onun krallıq klublarından biri ilə danışıqlar apardığı da istisna edilmir.
Qeyd edək ki, Lionel Messi bir müddət öncə PSJ-nin düşərgəsini icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollandığı üçün əsas komandadan kənarlaşdırılmışdı.
Ayşən