Türkiyə və Argentina milli komandaları arasında xeyriyyə oyunu keçirilə bilər.
AZXEBER.COM xəbər verir ki, tərəflər artıq bu istiqamətdə danışıqlara başlayıblar.
İlk mərhələnin uğurlu keçdiyi bildirilib. Razılıq əldə olunsa, son dünya çempionunun ulduzu Lionel Messi də qardaş ölkəyə gedəcək.
Qeyd edək ki, qarşılaşmadan əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Yoldaşlıq oyununun Türkiyənin Qaziantep şəhərində baş tutması nəzərdə tutulub.
Ayşən