Lionel Messi zədələndi

Lionel Messi zədələndi
İDMAN
13:18 21.09.2023
207
MLS komandası "İnter Mayami"nin ulduz futbolçuları Lionel Messi və Jordi Alba "Toronto" ilə matçda zədələnərək oyunu davam etdirə bilməyərək meydanı tərk ediblər.

AZXEBER.COM ABŞ mətbuatına istinadən xəbər verir ki, heyətində Lionel Messi, Serxio Busquets və Jordi Alba kimi ulduz adların yer aldığı MLS komandası "İnter Mayami" ulduz futbolçularından aldığı zədə xəbəri ilə sarsılıb.

Əvvəlcə ispaniyalı Jordi Alba 34-cü dəqiqədə oyundan çıxarılıb, təcrübəli futbolçunun müalicəsi meydanda davam edib.

Üç dəqiqə sonra Lionel Messi baş məşqçisi Tata Martinoya oyunu davam etdirə bilməyəcəyini və oyundan kənarlaşdırıldığını bildirib.
 
36 yaşlı futbolçunun sağ əzələsindən zədə aldığı və bu səbəbdən millinin heyətində son matçda meydana çıxa bilməyəcəyi bildirilib. Messinin yenidən zədələndiyi və vəziyyətinin yoxlamalardan sonra aydınlaşacağı bildirilib.

Qeyd edək ki, "İnter Mayami" MLS-də keçirdiyi 28 matçda 31 xalla Şərq Konfransında 14-cü yerdədir.

Messi Devid Bekhemin sahibi olduğu "İnter Mayami"də 11 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə edib və komandasının Liqalar Kubokunda çempion olmasında mühüm rol oynayıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR