Argentina millisinin futbolçusu Lionel Messinin "İnter Mayami"dəki debüt matçı ABŞ televiziyasında rekorda imza atıb.
"Krus Asul"la oyunu 12,5 milyona yaxın tamaşaçı baxıb.
Bu isə tarixin ən yaxşı göstəricisidir.
Messi 90+4-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasına 2:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, 36 yaşlı hücumçu Fransa PSJ-sindən MLS təmsilçisinə keçib.