23 illik fəaliyyət dövründə ANS-in yaddaşlara yazılan verilişlərini bir yerə topladıq.
1. Qulp verilişi
Yarandığı gündən etibarən ekranlara çıxardığı layihələrdən ən uğurlusu hesab edilə biləcək bir veriliş idi. Yaddaqalan dialoqlar, satirik söhbətlər, "iynəli" mahnılar və xüsusi simaları ilə bir çoxlarının ürəyincə idi.
2. Qulp verilişinin ən sevilən personajlarından Aşıq Yadigar.
3. De Gəlsin
Xüsusilə ilk mövsümlərində bütün gənclərin baxdığı verlişə çevrilmiş, xeyli adam meyxananı De Gəlsinə baxaraq tanımışdı. Günümüzün məşhur meyxanaçıları həmin verilişlərdən çıxmışdı. Hələ də videoları Youtube-da yüz minlərlə adam tərəfindən baxılan veriliş ANS-in unudulmazları arasına girib.
4. İç Xəbər
Son illərdə əvvəlki populyarlığını itirsə də, ANS-in ikonik verlişlərindən biri idi. Bəzi adamlar sosial-məişət problemlərinin həllini İç Xəbəri çağırmaqda görürdü.
5. Elgizin Verilişi
Hətta televiziyaya baxmayanlar belə onun verilişindən xəbərdar idi. Qonaqları ilə yaşadığı dialoqlar, mübahisələr sosial şəbəkələrdə günlərlə əyləncə mövzusu ola bilirdi. Bunlar arasında ən yaddaqalanı isə şübhəsiz "Cin çıxarma əməliyyatı" idi. Son illərdə bu tip verilişlərə üstünlük verdiyi üçün ANS telekanalə bir çoxları tərəfindən də tənqid edilirdi.
6. Mirşahin və Hesabat
Bazar axşamının gəldiyini onun verilişindən bilinirdi. Kanalın rəhbərlərindən də biri olan Mirşahinin söz oyunları hər kəsin yaddaşında öz yerini alıb.
7. ANS-də Çempionlar Liqası
Müəyyən bir nəsil üçün Çempionlar Liqası demək İlqar Mikayıloğlu və Doktor Ziyanın şərhləri ilə yadda qalıb. Onlardan sonra heç bir aparıcı eyni zövqü yaşada bilməmişdi.
8. Nəzər Nöqtəsi
ANS-in ən çox baxılan verilişlərindən biri. Xüsusilə Qənirə Paşayevanın aparıcılığında uzun illər siyasətin nəbzi bu proqramda atırdı.
9. Köhnə Bakılı - Orxan Fikrətoğlu
Zorxana verilişində Orxan Fikrətoğlunun xüsusi tərzi ilə səsləndirdiyi uzun-uzadı cümlələr vasitəsilə həm Azərbaycanın, həm də dünyanın nəbzini tuta bilirdik. Son dövrlər onu da ekranlarda az görməyə başlamışdıq, lakin yaddan çıxmayacaq qədər maraqlı veriliş apardığına şübhə yoxdur.
10. Gecə Seansı
Gecələr ANS-in erotik filmləri də məhşur idi. Heç bir səhnəni kəsməmələri daha da sevdirirdi. (pahoo.az)