Lisey şagirdi adam bıçaqladı

Lisey şagirdi adam bıçaqladı
SOSİAL
14:48 15.11.2016
1925
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərində qeydə alınıb. Rayonun Bığır kənd sakini, Göyçay Peşə Liseyinin şagirdi, 1997-ci il təvəllüdlü Eyyubov Ramil Faiq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Şuşa şəhərindən olan məcburi köçkün, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında yaşayan, 1998-ci il təvəllüdlü Vəliyev Elnur Pənah oğlunu bıçaqlayıb. Elnur Vəliyev təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onu xilas ediblər.
 
Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR