Vilnüs yaxınlığında pilotsuz uçuş aparatı qeydə alındıqdan sonra hava limanında hərəkət müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Litva KİV-ləri hava limanının nümayəndəsi Tadas Vasilyauskasa istinadən məlumat yayıb.
"Hava limanı xidmətləri ərazidə patrul və müşahidəni gücləndirib. Çərşənbə gününə keçən gecə uçuşlar təxminən 30 dəqiqə dayandırılıb, sonra tam bərpa edilib", - o bildirib.
Fasilələr səbəbindən Tel-Əvivə uçuş gecikib, bir neçə gələn təyyarə isə enişdən əvvəl gözləmə zonasında dövrə vurmağa məcbur olub ki, bu da 15-20 dəqiqəlik gecikmələrə gətirib çıxarıb.