Litva son günlərdə Ukraynaya 6 yük maşını ilə 114 transformator göndərib.
Bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas tviter səhifəsində yazıb.
"Litva ümumilikdə Ukraynaya 252 transformator tədarük etmək niyyətindədir”, - nazir qeyd edib.
A.Anuşauskasın sözlərinə görə, Litvanın enerji şirkətləri Rusiyanın hücumlarından əziyyət çəkən Ukraynanın energetika sektorunun yenidən qurulması üçün artıq 3 milyon avro dəyərində yardım edib. Bugünlərdə isə daha 2 milyon avroluq yardım göndərmişdi.
///Report