Litva Ukraynaya yeni hərbi yardım partiyası göndərib

DÜNYA
18:10 19.02.2025
198
Litva Ukrayna üçün yük maşınları, termal kameralar və digər hərbi avadanlıqdan ibarət yeni hərbi yardım partiyası göndərib.

Bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yardım paketinin dəyəri "Ramştayn" formatında keçirilən son görüşdə elan edildiyi kimi, 80 milyon avro təşkil edir.

"Litvanın hazırladığı 100 milyon avro dəyərində dəstək paketi Ukraynanın ən təcili ehtiyaclarını qarşılayır. Bu paket nəzərə alınmaqla, Litvanın göstərdiyi hərbi yardımın məbləği 1 milyard avroya çatacaq", - məlumatda qeyd olunub.
 
///report
OXŞAR XƏBƏRLƏR