Litvada tələbə yataqxanasında Azərbaycan təqdimatı - FOTOLAR

GƏNCLİK
16:19 19.02.2014
3186

Litvanın Kaunas şəhərində Vytautas Magnus Universitetində təhsil alan azərbaycanlı tələbələr Litvanın Müstəqillik Günü münasibəti ilə maraqlı bayram təbriki ilə çıxış ediblər. 

AZXEBER.COM xəbər verir ki, onlar tələbə yataqxanasında qaldıqları otağı fotolarla bəzəyərək “Azərbaycan-Litva: dostluq və gələcək üçün” devizi ilə kiçik guşə yaradıblar. Guşə müxtəlif ölkələrdən 300-dən xarici gəncin məskunlaşdığı tələbə yataqxanasında Azərbaycanın təqdimatı məqsədi ilə hazırlanıb. Burada müasir Bakının şəkilləri, həmçinin 20 Yanvar qırğınının rəsmləri, “Xocalıya ədalət” çağırışının yer aldığı lövhə yerləşdirilib. Litvada təhsil alan azərbaycanlı tələbələr Qalib İbrahimli və Samir Niftaliyevin birgə təşəbbüsü ilə ərsəyə gələn, Litva və Azərbaycan dostluğuna hərs edilən guşə maraqla qarşılanıb. 

Xarici ölkələrdən olan gənclər Azərbaycan bayrağı ilə şəkillər çəkdirib, sosial şəbəkələrdə ölkəmizin təbliğatını aparıblar.

OXŞAR XƏBƏRLƏR