Litvada Ukraynaya yardım məqsədilə 14 milyon avro toplandı

Litvada Ukraynaya yardım məqsədilə 14 milyon avro toplandı
DÜNYA
13:15 25.02.2023
162
Litva sakinləri və iş adamları Ukrayna üçün radarlar alınması məqsədilə 14 milyon avro ianə toplayıblar.

Bu barədə yardım kampaniyasının təşəbbüskarlarından biri olan LRT milli radiosu məlumat yayıb.

Qeyd edilib ki, ilkin məqsəd 5 milyon avro toplamaq olsa da, sonradan könüllü ianə edənlərin sayı artıb.

Bununla da toplanan vəsaitin məbləği 14 milyon avroya çatıb.

Qeyd edək ki, aksiya yanvarın son günlərində elan edilib. Bir radar sisteminin qiyməti isə, təxminən, 1 milyon avrodur.
 
///Report
OXŞAR XƏBƏRLƏR