"Bu, əsl mübarizə idi. Meydanda bərabərsəviyəli 2 komanda mübarizə aparırsı. Təəssüf ki, qapıya yol tapa bilmədik. Azərbaycan bunu bacardı. Rəqibi təbrik edirik”.
Bunu UEFA Millətlər Liqasının son oyununda Azərbaycan yığmasına məğlub olan Litvanın baş məşqçisi Edqaras Yankauskas matçdan sonra (1:0) keçirilən mətbuat konfransında deyib.
"Əvvəlki oyun tamam fərqli idi. Biz cərimə meydançasında çoxlu epizodlar yaratdıq. Bərabər komandalar idi. Hər iki komanda maksimum mübarizə apardı. Təəssüf ki, biz məğlub oldu”, - deyə mütəxəssis bildirib.
///teleqraf///











































