Livan İsrail bombardmanının altında qalıb - İnsanlar raketlərdən qaçır

DÜNYA
13:07 27.09.2024
137
İsrailin Livana hücumu nəticəsində 200 mindən çox insanın didərgin düşüb, 750 nəfər isə ölüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açıqlayıb.
 
Təşkilat tərəfindən edilən açıqlamada köməyə ehtiyacı olanların olduğu üçün həmin şəxslərə ilkin yardım göstərildiyi açıqlanıb.

Bildirilib ki, UNRWA köçkünlərə xidmət etmək üçün Sidon şəhərində 3 sığınacaq mərkəzi açıb.
  
Hizbullah İsrail ordusunun ölkənin cənub və şərq bölgələrinə qarşı davam edən intensiv bombardmanlarına qarşı raket hücumları ilə cavab verir.
 
Əsasən, İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi itkilər qeydə alınmayıb.

Ölkənin cənub bölgələrindən paytaxt Beyrut və şimala doğru köç dalğası davam edərkən, Suriyaya köç edənlərin də olduğu bildirilir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR