Livan İsrail ərazisini atəşə tutub

Livan İsrail ərazisini atəşə tutub
DÜNYA
18:14 04.09.2024
188
İsrailin şimal rayonları Livan ərazisindən yenidən güclü atəşə tutulub.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrailin şimalına ümumilikdə 65-ə yaxın mərmi atılıb. İsrailin hava hücumundan müdafiə qüvvələri raketlərin bir hissəsini zərərsizləşdirib, digərləri isə yaşayış olmayan ərazilərə düşüb.

Bəzi ərazilərə mərmi qalıqlarının düşməsi nəticəsində yanğınlar başlayıb və hazırda xilasetmə xidmətləri onların söndürülməsi ilə məşğuldur.
OXŞAR XƏBƏRLƏR